Sifarişçi nəyi bilməlidir

Əziz oxucu, əgər siz özünüz sayt quraşdirmaq fikrindən vaz keçib bu işi mütəxəssisə həvalə etməli olsaniz,
aşağıda yazılanları bilməlisiniz.
1. Budcənizi özünüzdə dəqiqləşdirin.
Yəni veb ustaya sayt düzəltmək üçün nə qədər zəhmət haqqı ödəyə biləyəcəyinizi bildirmək zəruriyyətində olacaqsınız. Bu vacib qərardır və usta bunu əvvəlcədən bilsə daha yaxşıdır ki, sonradan problemlər ortaya çıxmasın. Tövsiyə edirəm, işə başlamamazdan əvvəl bunu veb ustası ilə mütləq surətdə razılaşdırın.
2. Zəhmət haqqının ödəmə qrafiki və şərtlərini özünüzdə razılaşdırın.
3. Veb usta ilə zəngləşib qərarlarınızı razılaşdırmanız və sövdələşməniz lazım olacaq.
4. Hər ay saytınıza Xidmət olunacaqsa aylıq xidmət haqqını da razılaşdırın.
5. Saytın istifadə müddətini dəqiqləşdirin.
6. Veb ustası avans olaraq cari xərclər üçün əvvəlcədən nə qədər məbləğ istəyəcəyini dəqiqləşdirin.
7. sayt  haqqında fikrinizin, iradənizin və istəyinizin usta başa salınması.
8. Nə haqda sayt hazırltamaq istəyirsiniz
9. Neçə səhifəli sayt istəyirsiniz( bir və ya daha çox)

SİZİN öhdənizdə olanlar. 
( Razılaşma yolu ilə veb ustaya bunları əlavə məbləğ ödəməklə də yerinə yetirmək olar. )
1. Yaziları və şəkilləri haradan əldə edəcəksiniz. Özünüz yazsanız və ya tapsanız, sizə ucuz başa gələr.
2. Saytı harada yerlədirəcəksiniz. Hostinq kirayə etməlisiniz. qeydiyyat da sizin adınıza olmalıdir.
3. Domen almalı və təqdim etməlisiniz. Özünüz almalısınız, çünkü adlı domen sizin adınıza qeydiyyatdan
keçməlidir.

Nəyi başa düşmürsünüzsə, Veb ustadan ilə dəfələrlə soruşun və nəhayəti dəqiqləşdirin. Çünki bu hələ işin başlanğıcıdır. Sizin İnternetdə fəaliyyətiniz uğrlu olsun.