Sayt haqqinda bilməlisiniz
Çünkü nə etsəniz özünüz edəcəksiniz, və etdiklərinizi başa düşərək etməlisiniz. Sozsüz ki, mənim yazdıqlarımla razılşmayan da ola bilər, yazdıqlarıma əlavələr də edə bilən tapılar.
Fikrinizə hörmətlə yanaşıram. Ümüd edirəm ki, siz də mənim fikrlərimə hörmətlə yanaşacaqsınız.
Beləliklə , nələri bilmək lazımdır:
1. İdeyanız olmalıdır.
Yəni sayt düzəldib istifadəyə verməkdə məqsədiniz nədir.
Onlayn satış, tədris, müzakirə, tanıtım, təqdimat və s.
2. Saytınız üçün Ad seçmək.
Burada diqqətli olmaq lazımdır, çünki,saytınız ad sizin ideyanıza, fikirlərinizə, bölüşmək
istədiklərinizə uyğun olmalıdır ki, oxucu kütləsini cəlb etmiş olasınız.
Adlar LATIN uhafikasında olmalıdır. Məsələn "evler", "tehsil", "korpeler" və ya "metbex".
Reklam olmasın deyə mən tanıdığınız saytların adlarını çəkmirəm.
Ola bilər ki, secmək istədiyiniz sayt adı artıq başqaları tərəfindən istifadə edilir.
3. Sayt başlığı seçmək.
Bu başlıqla siz hamıya kim olduğunuzu və oxuculara nələr çatdırmaq istədiyinizi bildirmiş olacaqsınız.
Məsələn "Filankəsin bloqu - yazıçlılar haqında ", "İnternet Mağaza" , "Körpələr yaqqında nələri
bilmirik", "Bizimlə İngilis dilini öyrən" və s.
4. Saytınız üçün Domen seçmək. RU, AZ, COM, NET,, İNFO və s. Bu xidmət pulludur və hər il adlı domenin sizdə qalması üçün ödəmələr etməli olacaqsınız. Məsələn "evler.az", "tehsil.info", "korpeler.com", "kurort.ru" və ya "info.net"
Ətraflı burada oxuya bilərsiniz.
5. Hostinq seçmək.
Yəni saytınızın harada "məskunlaşma" yerini təyin etməlisiniz. Bu xidmət də pulludur və hər il saytınızın
orada qalması üçün ödəmələr etməlisınız. Üstəlik bu hosting dayanıqlı olmalıdır.
Ətraflı burada oxuya bilərsiniz
6. CMS seçmək lazim gələcək.(CMS — Content Management System). !!!
Xsusi bilik və təcrübəyə əsaslanan səriştə tələb olunur.
Pullu və pulsuz variantları mövcuddur. Saytınızın hansı sistemdə quraşdırılacağınzı təyin etməlisiniz.
Yəni xsusi biliyiniz və bacaracağınız olmasa bunu edə bilməyəcəksiniz. Əgər belələrindənsinizsə,
mütəxəssisə ehtiyacınız olacaq.
7. HTML və CSS bilikləriniz olmalıdır.
Yəni harda və necə yazmalı, görüntüsnü necə oxucuya çatdırmağı bilməlisiniz. Bilmirsinizsə, mütəxəssisə
ehtiyacınız olacaq.
8. Kontent seçimi.
Buraya yazılarınız aiddir. Yəni nə yazacaqsınız, nəyi çatdırmaq istəyirsiniz bilməlisiniz ki, fikrinizi
başa düşsünlər. Bacarirsaniz özünüz yazın, əks halda KONTENT MENECER xidmətinə ehtiyacınız olacaq. Bu xidmət də pulludur.
9. Foto və rəsm redaktorları içləməyi bacarmalısınız.
Saytınıza yerləşdirəcəyiniz şəkillərin ölçüləri, tipləri nəzərə alinmalıdır.Bacarirsaniz özünüz yazın, əks
halda QRAFİK DİZAYNER xidmətinə ehtiyacınız olacaq. Bu xidmət də pulludur.
10. Xidmət.
Mütəmadı hostinqə daxil olmaq və CMS-də əlavə və düzəlişlər etmək, yazılanları əlavələrlə yenilımək və ya
yeni məqalələr əlavə etmək, şəkilləri yeniləmək və ya redaktə etmək və s.
Bacarirsaniz özünüz bu işlə məşğul olun. Belə ki, xidmət işi ilə məşğul olmaqla sizin təcrübəniz artacaq.
Bu isə nəticədə biliklərinizin artmasına və professionallığa gətirəcək, əks halda VEB USTA xidmətinə
ehtiyacınız olacaq. Bu xidmət də pulludur.
11. XidmətReklam və Marketinq.
HƏəəə!!!
"İşlərimi həhayət ki, sona yetirdim" deyənlərə. Hələ bu harasıdır. İndi siz saytınızın var olmasını geniş oxucu kütləsinə çatdırmalısınız. Sosial şəbəkələrdə, müxtəlif saytlarda, forumlarda saytınızı reklam etdirməli olacaqsınız ki, ən azı gündə 100 nəfər oxucunuz olsun. Çox olsa lap yaxşı. Üstəlik müsbət rəylər də saytınıza gərəkli olacaq. Müəyyən məbləğ xərcləməklə saytlarda reklam yeri də almaq olar.
Digər tərəfdən də bir saytla bütöv internetdə tez bir zamanda tanınmaq çətin olur. Bu səbəbdən də bir neçə resursunuz olmalıdır. Bu resursların işi isə geniş oxucu kütləsini sizin əsas saytınıza yönəltmək olacaq.
Hər halda bu bəndləri artırmaq da olar, amma bu qədər kifayət edər məncə. Seçim isə sizin öhdənizədir. Sizə
bu işinizdə uğurlar arzulayıram. Konstruktiv təklif və iradlarınıza da hörmətlə yanaşıram.
Saytl hazirlamaq haqqında xülasəni buradan oxuya bilərsiniz.
