Xidmətimiz
İndi bir çoxlarının internetdə öz maraq dairələrinə üyğün olan saytı, bloqu və ya sosial şəbəkələrdə səhifələri vardır. Bu informasiya mənbələri isə xsusi yanaşma tərzi tələb edir. Saytlara, bloqlara və səhifələrə hər gün baxış keçirilməli,xsusi redaktor proqramları vasitəsilə əlavələr və dəyişikliklər edilməlidir. Bunu bacaranlar və vaxt darlığı olmayanlar üçün bu işlər çox asan başa gələ bilir.
Amma elələri də vardır ki, hər hansı səbəbdən bu işi görə bilmir. Ya istəmir, ya vaxtı yoxdur, ya şəraiti buna imkan vermir, ya da ki, peşə bacaracağı yoxdur.Belə ki, bu işləri görmək istəyən şəxslər, KONTENT MENECER işini bilməli, kopirayt və rerayt etmək səriştəsi olmalı, HTML, CSS, Rəsm/Foto və s. redaktorlarla isləmək təcrübəsi olması lazımdır.
Bunun əksinə olaraq, elə İnsanlar da vardır ki, bu iş onlar üçün bir peşədir və ya asanlıqla belə işləri yerinə yetirə bilirlər.Bütün bu işləri isə onlar ofisə və va hər hansı bir iş yerinə gəlmədən, öz yaşadığı yerdən və ya öz ofisindən yerinə yetirə bilirlər. El arasında buna "İnternetdən iş", "удаленка", "телеработа", "Telework / Telecommuting" və s. deyirlər.
Bu cür işin hər iki tərəfə xeyri var.İşə götürən iş yeri təşkil etmir( otaq, mebel, telefon və s.), enerjiyə qənaət edir, əlavə avadanlığdan (komputer, modem , yardımçı qurğular) istifadə etmək məcburiyyətində qalmır, və s.
İşçi isə, sərbəst qrafik üzrə işləyir, öz işini özü qurur, istirahətinə vaxt ayıra bilir, yol xərci, yemək xərcindən azad olur və s.
Bəzən elə olur ki, bu iki tərəf bir birilərini heç vaxt görmürlər və tanıya da belə bilmirlər. İkinci tərəf tapşırılan işi görür, birinci tərəfə işini təqdim edir və zəhmət haqqını birinci tərəfdən köçürmə və ya müxtəlif çatdırma vasitəsilə əldə edir.
Əgər sizin saytınız, bloqunuz, səhifələriniz varsa və onlara xidmət edən KONTENT MENECER lazımdırsa, təklifimi dəyərləndirin.Yox əgər sizə sayt, bloq və səhifələr düzəltməkdə köməkçi lazımdırsa yenə də müraciət edə bilərsiniz.
İstəyiniz olsa, razılıq əsasında büdcənizə üyğun, sizin üçün Sayt, bloq və səhifələr düzəltmək və onlara aylıq ücrət qarşılığında xidmət göstərə bilərik.
* Contact Form - Bizimlə Əlaqə * formasından istifadə etməklə e-mail ünvanımıza müraciət göndərə bilərsiniz. Müraciətlərinizə baxilacaq və qısa vaxt ərzində cavab veriləcəkdir. Ümud edirəm ki, təklifim sizi maraqlandiracaq və anlaşma əldə edildiyində hər iki tərəf məmnun olacaq. İstifadə olunan və nümunə olaraq hazırlanmış bloqları Sizə təqdim edirəm.
Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm və işlərinizdə bəhrəli uğurlar arzulayıram.

